
Hackerlər, antipirat təhlükəsizlik sisteminin istehsalını şirkətin saytını hack etdilər
Elm & Texnologiya
07.05.2017
Farid
DRM təhlükəsizlik sistemlərinin hazırlanması ilə məşğul olan Avstraliyanın "Denuvo Software” şirkəti öz müştərilərinin qarşısındakı nüfuzunu itirir.
Belə ki, əgər əvvəllər Denuvo sistemli olan oyunlar aylarla, hətta sındırılmamış vəziyyətdə belə qalırdılarsa, indi bu sistemli oyunların piratçılar tərəfindən sındırılması bir neçə
gün ərzində baş verir. Şirkət üçün olan növbəti zərbə isə hackerlərin, şirətin
rəsmi saytını hack etmək oldu. Nəticədə hackerlər bir çox açıq faylları saytdan
oğurlayıblar. Məlum olub ki, hackerlərin saytı hack etməsində ən böyük günah
şirkətə sahibdir. Belə ki, saytın bağlı bölmələri bütün istifadəçilərin istifadəsi
üçün aktiv şəkilə gətirilib. Oğurlanmış bir çox fayllar işlək fayllardır. Lakin
oğurlanmış fayllardan diqqəti ən çox cəlb edəni isə Ajay.log adlı mətn
faylıdır. Məlumata əsasən həmin faylın daxilində şirkət işçilərinin elektron
ünvanları və son 3 ildə rallaşdırılmış elektron məktublar var. Maraqlısı
ondadır ki, bir çox məktublar, sözügedən DRM təhlükəsizlik sistemindən narazı
olan oyunçular tərəfindən göndərilmişdir.
Paylaş
Bənzər xəbərlər