
Hackerlər, Çexiya prezidentinin kompüterinə uşaq pornoqrafiyası yüklədilər
Elm & Texnologiya
07.05.2017
Farid
Bu barədə Çexiyanın prezidenti Milos Zeman özü danışıb.
O bildirib ki, 1 il bundan öncə onun kompüteri, ABŞ-ın
Alabama ştatında olan hackerlər tərəfindən hack olunub. Onun sözlərinə əsasən o
öz kompüterində uşaq pornoqrafiyasına aid materiallar aşkar edib. Nəticədə
Çexiyanın prezidenti bu barədə mütəxəssislərə müraciət edib. İstintaq nəticəsində
məlum olub ki, həmin pornoqrafik materiallar, amerikalı hackerlər tərəfindən
kompüterə yüklənib və onları aşkar etmək qeyri-mümkündür. Bundan əlavə olaraq
prezident bildirib ki, hackerlər həmin hücumu vasitəçilər tərəfindən də
reallaşdırmış ola bilərlər. Hələ Yanvar ayının sonunda məlum olmuşdu ki,
Çexiyanın Xarici İşlər Nazirliyinin serverləri hackerlər tərəfindən hücuma məruz
qalıb. Həmin hücum zamanı, Xarici İşlər Nazirliyinin başçısının elektron
ünvanından bir sıra məlumatlar oğurlanmışdı.
Paylaş
Bənzər xəbərlər