main-post-cover

    Hackerlər Elon Musk'ın adından istifadə edərək bitcoin oğurladılar

    Elm & Texnologiya
    06.11.2018
    Farid Pardashunas
        Hackerlər bir sıra xarici şirkətlərin Twitter hesablarını hack edərək müştərilərdən ümumi dəyəri 170.000$ olan bitcoin oğurlayıblar. Bu kiberhücumdan zərər çəkmiş şirkətlər arasında Pathe UK adlı film studiyası, Matalan adlı geyim mağazası şəbəkəsi və Pantheon Books adlı kitab nəşriyyat şirkəti var. Bu sadalanmış şirkətlərin Twitter səhifələri hackerlər tərəfindən Elon Musk-ın hesabına bənzədilib. Hətta səhifələrdə Elon Musk-ın paylaşdığı kontentlərdən də paylaşılıb ki, hər şey inandırıcı görünsün. Özlərini Elon Musk kimi təqdim etmiş hackerlər pulsuz bitcoinin verilməsi üzrə aksiyanın startına başladıqlarını elan ediblər. Pulsuz bitcoinləri əldə etmək üçün istifadəçilər hackerlər tərəfindən təqdim edilmiş xüsusi hesaba müəyyən mqdarda kriptovalyuta göndərməli idilər. Beləliklə ümumilikdə hackerlər istifadəçilərdən 170.000$ dəyərində bitcoin oğurlayıblar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər