main-post-cover

    Hackerlər Koreyanın ən böyük bitcoin birjasından milyonlarla dollar vəsait oğurladılar

    Elm & Texnologiya
    05.07.2017
    Emil Nəcəfov

    Böyüklüyünə görə Koreyada birinci, dünyada isə 4-cü yeri tutan Bithumb adlı bitcoin birjası, keçən həftənin sonu hackerlər tərəfindən hücumlara məruz qalmışdı.

    Bu kiberhücum nəticəsində birja müştərilərinin hesablarından milyonlarla dollar vəsait yoxa çıxdı. Məlumata əsasən kiberhücum nəticəsində müştərilərdən oğurlanmış vəsaitlərin ümumi miqdarı 1.05 milıyon dollar təşkil edib. Hackerlər 31.8 min müştərinin şəxsi məlumatlarını ələ keçiriblər. Həmin məlumatlar arasında müştərilərin telefon nömrələri və mail ünvanları da var. 100-ə yaxın istifadəçi birjaya şikayət edib. Bithumb təmsilçiləri bildiriblər ki, hackerlər birja istifadəçilərinin yalnız 3%-nin məlumatlarını əldə ediblər. Hal hazırda məlum olan odur ki, hackerlər birja əməkdaşının kompüterini hack ediblər. Lakin onlar bitcoin mübadiləsi sisteminə çata bilməyiblər. Sistemdə olan məlumatların bir hissəsi eyni şifrələrin köməkliyi ilə oğurlanıb. Bu şifrələr isə istifadəçilər, tranzaksiya etdikləri zaman əldə edirlər. Zərər çəkmiş müştərilərdən biri qeyd edib ki, onun hesabında 8.7 min dollar qiymətində bitcoinlər yoxa çıxıb. Birja zərər çəkmiş müştərilərin bir hissəsinə 870$ dəyərində kompensasiya ödəyəcək. Zərərin qalan hissəsi isə kiberhücum haqqında dəqiq məlumatların əldə olunmasından sonra ödəniləcək. 
    Linki kopyala