main-post-cover

    Hackerlər məşhur tətbiqdəki boşluq sayəsində insanları izləyirlər

    Elm & Texnologiya
    18.10.2017
    Farid Pardashunas
    BlackOasis adlı kibercinayətkar qruplaşması insanların izlənməsinə imkan verən yeni virusu yaymaq üçün tanış tətbiqin boşluğundan istifadə edirlər.
    Adobe Flash-ın yeni versiyasında sistem boşluğu aşkar edilib və hackerlər həmin sistem boşluğundan istifadə ediblər. Sosial mühəndislik (spam, saxta reklam və s.) üsullarından istifadə edərək hackerlər Microsoft Word sənədi vasitəsilə virusu yayırlar. Adobe Flash üzərindən yayılan zərərli virus işə düşdükdən sonra FinSpy adlı izləmə tətbiqi kompüterə qoşulur. Qeyd etmək lazımdır ki, bu tətbiqi “FinFisher” şirkəti hazırlayıb. İlk növbədə bu tətbiq bir sıra ölkələrin xüsusi dövlət orqanları üçün yaradılmışdır. Lakin BlackOasis adlı hacker qruplaşması da insanları izləmək üçün bu tətbiqdən istifadə edir.

    Onlar Adobe Flash-in, virusun aşkar edilməsinin qarşısını alan bir sıra texnologiyaları özündə birləşdirən yeni versiyasından istifadə ediblıər. Hackerləri daha çox maraqlandıran regional siyasətdir. Lakin bununla yanaşı onlar həmçinin sənaye və elmi-tədqiqat fəaliyyəti barəsində də məlumat yığırlar. “Kaspersky Lab”ın mütəxəssisi qeyd edib ki, son zamanlarda FinSpy tətbiqi vasitəsilə bir sıra kiberhücumlar baş verib və bütün hallarda hackerlər “Microsoft” və “Adobe” şirkətlərinin məhsullarındakı boşluqlardan istifadə ediblər. Bu cür viruslardan qorunmaq üçün tanış olmayan saytlara daxil olan zaman və bilinməyən mənbələrdən məktublar alan zaman diqqətli olmaq lazımdır. Belə ki, bu kanallar hackerlərin, virusları yaydıqları əsas kanallardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər