Logo
    main-post-cover

    Hackerlər, milyonlarla istifadəçinin məlumatlarını oğurlamaq təhdidi ilə "Apple"ı hədələyirlər

    Turkish Crime Family adlı hacker qruplaşması, "Apple” şirkətini hədələyir.

    Belə ki, onlar milyonlarla iPhone-dan məlumatların silinəcəyini bildiriblər. Sözügedən hacker üruplaşmasının üzvləri, şirkətin böyük miqdarda pul ödəməyəcəyi təqdirdə məlumatların silinəcəyi ilə "Apple”ı hədələyir. Hackerlərin bildirdiklərinə görə onlar artıq 300 milyon iPhone istifadəçisinin elektron ünvan məlumatlarına və böyük miqdarda iCloud istifadəçilərinin hesablarına sahibdirlər. Turkish Crime Family, şirkətdən 75.000 dollar dəyərində bitcoin və ya 100.000 dollar dəyərində iTunes hədiyyə kartları tələb edir. Hackerlər sözügedən ultimatumu, 7 Aprel tarixinə qədər qoyublar. Öz məqsədlərinin həqiqət olduğu üçün hackerlər, "Apple”ın təhlükəsizlik xidməti ilə olan yazışmalarını təqdim edib və guya istifadəçilərdən birinin hack olunduğunu əks etdirən videonu təqdim ediblər. "Apple” şirkəti tərəfindən bu barədə hələ heç bir cavab gəlməyib. Çox güman ki, hackerlər sadəcə olaraq şirkəti qorxudurlar və əslində onlarda sözügedə istifadəçilərin məlumatları yoxdur.
     
    Paylaş
    Bənzər xəbərlər