main-post-cover

    Hackerlər NiceHash adlı servisdən 70 milyon dollar dəyərində bitcoin oğurladılar

    Elm & Texnologiya
    07.12.2017
    Farid Pardashunas
    Sloveniyanın NiceHash adlı kriptovalyuta mining servisi hacker hücumu barəsində xəbər verib.
    Hacker hücumu nəticəsində virtual portmanatdan 4.7 min bitcoin oğurlanıb. İndiki məzənnəyə əsasən isə bu, 70 milyondan çoxdur. Bu barədə The Wall Street Journal xəbər verib. Lakin qeyd etmək lazımdır ki, bitcoinin qiyməti yüksəlməkdə davam edir. NiceHash servisi bütün öz əməliyyatlarını dayandırmalı olub. Hal hazırda servis komandası servisin işini yoluna qoymağa çalışır və təhülkəsizlik məsələsinə daha diqqətli yanaşacağına söz verir. Şirkət həmçinin bildirib ki, bu hadisə ilə bağlı müvafiq dövlət orqanlarına xəbər verib və eyni zamanda öz istintaqını aparır. Qeyd etmək lazımdır ki, dünən səhər saatlarında bitcoinin qiyməti 15.000$-ı keçmişdir. Axşam saatlarında isə onun qiyməti 16.000$-ı keçdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər