main-post-cover

    Hackerlər saxta ICO keçirdərək 1 milyon dollar qazandılar

    Elm & Texnologiya
    03.02.2018
    Farid Pardashunas
    Hackerlər öz Ethereum portmanatlarının qeyd olunduğu məktubları potensial investorlara göndəriblər.
        Beləliklə kimlikləri məlum olmayan hackerlər Bee Token adlı startapın investorlarını aldadaraq 1 milyon dollar dəyərində efir əldə ediblər. Bu barədə The Next Web saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Bee Token adlı startap investorlara blockchain əsasında desentrəlizə olunmuş ev kirayəsi sistemi yaradacağını söz vermişdi. Layihənin saytında isə qeyd olunub ki, startapın komandasına “Google”, “Facebook”, “Uber” və “Civic” kimi şirkətlərin keçmiş əməkdaşları daxildirlər.
        Şirkətin ICO-su 31 Yanvar 2018-ci il tarxiində start götürmüşdü. Həmin vaxtda startapın investorları mail və Telegram vasitəsilə fishing məktublar almağa başladılar. Zərər çəkmiş şəxslərin fikrincə hackerlər layihənin məlumatlar bazasını hack edərək ordakı potensial müştərilərin məlumatlarını oğurlamış ola bilərlər. Göndərilmiş saxta məktublarda Ethereum portmanatlarının ünvanları və QR kodlar əks olunmuşdu. Həmin QR kodlar isə Ethereum portmanatlarına yönləndirirdi.
        Şirkətin rəsmiləri isə qeyd ediblər ki, onlar investisiya üçün portmanat ünvanlarını elektron poçt və Telegram vasitəsilə  göndərmirlər. Reddit saytının istifadəçiləri minimum 3 ədəd Ethereum portmanatının ünvanını təqdim ediblər. Məlumata əsasən onlardan biri 125.000$ dəyərində, digəri 263.000$ dəyərində, üçüncüsü isə 586.000$-dan çox vəsait dəyərində efirlərə sahibdir. Əsl Bee Token isə planlaşdırılmış 5 milyon dollar vəsaitdən 2.6 milyon dolları yığmışdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər