
Hackerlər, şəhərin 156 ədəd siqnal sistemini hack edərək bütün şəhəri ayağa qaldırdılar (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Hackerlər 1 saat yarım müddətinə Dallas şəhərinin təcili vəziyyətlər üçün nəzərdə tutulmuş siqnal sistemini ələ keçirib.
Söhbət, şəhəri əhatə edən 156 siqnal sistemindən gedir.
Dallasda olan siqnal sistemi adətən tornado və ya digər təbii fəlakətlər zamanı
işə düşür. Lakin bu dəfə siqnal sistemi heç bir səbəb olmadan işə düşüb və
156 ədəd siqnal cihazı 90 dəqiqə ərzində 1.6 milyon insanı təlaşa salıb. Mühəndislər
yalnız hər bir siqnal cihazını söndürəndən sonra siqnal sistemini deaktiv etmək
mümkün olub. "Çox güman ki, bunu edən şəxs daha əvvəllər bu sistemə girişi
olmayan biri olub. Beləliklə o hansısa üsul ilə sistemə daxil olaraq onu aktiv
etdirib” – deyə dövlət orqanının təmsilçisi bildirib. Bu hadisə üzrə istintaqı
sistem mühəndisləri və əlaqə üzrə federal komissiya aparır. Hər-bir sistemin
internetə və ya lokal şəbəkəyə qoşulması vəziyyətdə onu hack etmək daha da sadələşir.
Paylaş
Bənzər xəbərlər