main-post-cover

    Hackerlər Tesla Model S'i hack edərək onu oğurladılar (VİDEO)

    Elm & Texnologiya
    22.10.2018
    Farid Pardashunas
        Tesla Model S elektromobilinin sahiblərindən biri YouTube kanalında sözügedən elektromobilin oğurlanmasına aid video paylaşıb. Video evin xaricində olan videokamera vasitəsilə çəkilib. Videodan da görmək olar ki, elektromobili 2 nəfər şəxs oğurlayıb. Şəxslərdən biri elektromobilin qapısının açılması üçün planşet vasitəsilə siqnal gücləndirilməsindən istifadə edir. İkinci şəxs isə həmin siqnalı tutmağa və beləliklə elektromobilin qapısını açmağa çalışır. Lakin bununla belə oğrular tez bir zamanda elektromobil ilə aradan çıxa bilməyiblər. Belə ki, onlar elektromobilə qoşulu olmuş şarj naqilinin necə çıxarılmasını uzun müddət araşdırıblar. Onlar bilmirdilər ki, bunun üçün sadəcə olaraq bir düyməni klik etmək lazımdır. Məlum olub ki, elektromobilin sahibi elektromobilin oğurlanmasında özü günahkardır. Belə ki, o, elektromobilin bu üsulla oğurlanmasının qarşısını almaq üçün heç bir tədbir görməyib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər