
Hackerlər 'Tesla'nın resurslarını hack edərək kriptovalyuta mayninq ediblər
Elm & Texnologiya
21.02.2018
Emil
“Tesla” şirkətinin Amazon Web Services bulud servisindəki hesabı hack olunub.
Lakin hackerlər konfidensial məlumatları
oğurlamaq əvəzinə gizli şəkildə kriptovalyuta mayninqi ilə məşğul olmağa qərar
veriblər. Hack olunmanı isə “RedLock” şirkəti aşkar edib. Hackerlər bulud
servisinə yolu “Tesla”nın Kubernetes adlı servisindəki hesabı vasitəsilə
tapıblar. Həmin servisdəki şirkət hesabı isə öz növbəsində şifrə ilə
qorunmurdu.
Şirkət Kubernetes-də Amazon Web Services-a olan giriş və şirkət
avtomobilləri haqqında məlumatları saxlayırdı. Hackerlər CloudFlare servisi
vasitəsilə mayninq serverlərinin real IP-lərini gizlədiblər. Daha sonra onlar
aşağı enerji sərfiyyatı üçün mayninq proqram təminatını tənzimləyiblər və
prosesin gizli qalması üçün digər tədbirləri də görüblər. Mütəxəssislər bu barədə
şirkətə məlumat veriblər və problem tez bir zamanda aradan qaldırılıb.
“Tesla”
bildirib ki, bu hadisə əsnasında istifadəçilərin məlumatları oğurlanmayıb və
yalnız şirkət daxilində test edilən avtomobillərin məlumatlarını əhatə edib. Bu
boşluğun aşkar edilməsinə görə şirkət “RedLock” mütəxəssislərinə 3133.7$ vəsait
ödəyib. Nəticədə hackelərin nə qədər müddətdə və hansı qiymət göstəricisində
kriptovalyuta mayninqi ilə məşğul olduqları barəsində şirkət heç bir məlumat
verməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
