
Hackerlər üçün nəzərdə tutulmuş forum, hackerlər tərəfindən hack olundu
Elm & Texnologiya
07.05.2017
Farid
Hackerlər, Darkode adlı hacker foruma hücum edib istifadəçilərin şəxsi məlumatlarını oöurlayıblar.
Sözügedən forum, 2015-ci ildə FBI-nın istintaqından sonra
bağlanmış məşhur platformanın kopyası imiş. Güman olunur ki, Darkode-un əvvəlki
versiyasında ən professional hackerlər müxtəlif sistem boşluqlarını və zərərli
tətbiqləri müzakirə edirdilər. "Darkode-un, böyük olmaq istəyən əziz fakeləri! Biz
sizin forumunuzu ələ keçirtmişik. Sizin adminləriniz səfehdirlər” – deyə forumu hack
etmiş hackerlər ismarıc qeyd ediblər. Məlum olub ki, hackerlərin hücum etdikləri
platforma öz istifadəçilərini lazimi təhlükəsizlik ilə təmin etmirdi. Bu fakt,
forumun administrasiyasını çox narahat edir. Belə ki, istifadəçilərin məlumatlar
bazası artıq satışa çıxarılıb və onlar dövlət orqanlarının əllərinə keçə bilərlər.
Paylaş
Bənzər xəbərlər