Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

Texnologiya
29.10.2020 PAYLAŞIM

    İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast gəlmək olar. Bir çoxları hətta Tesla-nın avtopilot sistemini dünyanın ən yaxşı avtopilot sistemi hesab edirlər. Consumer Reports şirkətinin tədqiqatına əsasən isə bu heç də belə deyil. Şirkətin apardığı testlər nəticəsində məlum olub ki, hal hazırda bazarda ən yaxşı avtopilot sistemi General Motors şirkəti tərəfindən hazırlanmış Super Cruise adlı avtopilot sistemidir. Bu barədə Reuters saytı xəbər verib. Hələ 2018-ci ildə Super Cruise sisteminə sahib Cadillac CT6 avtomobili fərdi avtopilota sahib Tesla Model 3-dən daha yüksək xal yığmışdı. Lakin həmin ildə Consumer Reports mütəxəssisləri avtopilot sisteminə sahib 4 avtomobili test etmişdilər. Şirkətin yeni tədqiqatında isə avtopilot sisteminə sahib 17 avtomobil iştirak edib.

Çoxlu sayda keçirilmiş testlər nəticəsində Super Cruise sisteminə sahib Cadillac CT6 avtomobili 100 xaldan 69 xal toplayıb.

    Tesla Model Y isə 57 xal toplayaraq ikinci yerdə qərarlaşıb. Beləliklə məlum olub ki, hal hazırda bazarda ən yaxşı avtopilot sistemi məhz General Motors şirkətinin sistemidir. Üçüncü yeri Lincoln Corsair avtomobili tutub. Bu avtomobil Ford şirkəti tərəfindən hazırlanmış FN Co-Pilot adlı avtopilot sistemi ilə təchiz olunub və testlər nəticəsində o, 52 xal toplayıb. Tədqiqatçılar qeyd ediblər ki, Tesla-nın avtopilot sistemi bəzi vəziyyətlərdə anidən deaktiv ola bilir. Super Cruise sistemi isə sürücüyə əvvəlcədən xəbər verir ki, o, yola nəzarət etməlidir. General Motors təmsilçiləri bildiriblər ki, onlarda olan avtopilot sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, o, avtomobil salonunda olan infraqırmızı kamera ilə sinxronlaşdırılıb.


    Həmin infraqırmızı kamera isə sürücüyə tərəf istiqamətlənərək sürücünün yola nəzarət edib-etmədiyini təyin edə bilr. Növbəti 3 il ərzində General Motors şirkəti Super Cruise sistemini 20-dən çox avtomobilə inteqrasiya etməyi planlaşdırır. Onların arasında həmçinin bir neçə müddət bundan öncə təqdim edilmiş elektrikli Hummer EV pikapı da var. Onu da bildirmək lazımdır ki, bir nüçə gün bundan öncə Tesla özünün yenilənmiş avtopilot sisteminin beta testinə start vermişdi. Buna görə də Consumer Reports şirkətinin testlərində Tesla-nın avtopilot sisteminin hansı versiyasının iştirak etdiyi məlum deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×