
Hansı daha vacibdir? EQ yoxsa IQ?
Elm & Texnologiya
07.05.2017
Farid
EQ yoxsa IQ?
Bir çoxları IQ haqqında bilsə də, EQ haqda
o qədər də məlumata sahib deyil. EQ sözünün mənası Emotional intelligence(EI),yəni emosional zəkadır. Özünüzü digər
insanlara daha prespektivli tanıtmaq üçün EQ səviyyənizi inkişaf etdirməyiniz
vacibdir. Bu sizin həyatda və cəmmiyyətdə daha da irəli getməyinizə şərait
yaradacaq.
McKinsey & Company şirkətində
strategiya məsləhətçisi olaraq fəaliyyət göstərən Victor Cheng bu mövzuya xüsusi önəm verib. Onun sözlərinə görə yüksək
IQ-yə sahib insanların öz karyeralarını məhv etməsinə səbəb olan əsas ünsür
aşağı emosional zəkaya (EQ)-yə sahib olmasıdır. Bir çox şirkətlər işə qəbul
zamanı IQ-sü yüksək olan birini axtarırlar, amma sonda karyerada irəli gedən şəxs
bir çox hallarda EQ-sü yüksək olan şəxs olur. IQ hər zaman vacib bir
standartdır, amma EQ sizdə liderlik qabiliyyətinin nə qədər yüksək olduğunu
ortaya çıxaran meyardır. Başqa sözlə desək, IQ düşüncələri, fikri intelektual şəkildə
idarə etmə hesab olunursa, EQ digər insanlarla münasibətləri tənzimləyən vacib
məqamdır.
EQ-nü inkişaf etdirmək üçün nə etmək tələb olunur?
Bir insanla ünsiyyət zamanı iki səviyyədə əlaqə
saxlanılır. İlk səviyyə məntiqdir. İkinci səviyyə isə emosional əlaqədir.
Buna misal olaraq filmi göstərmək olar.
Hansı ki, filmdə aktyor ona verilən sözlərə uyğun jestlər də həyata keçirir.
Bununla aktyor izləyici ilə əlaqəni təmin etməyə çalışır. Buna görə də aktyorun
söylədiyi sözlər "text”, onun emosional ifadə tərzi isə "subtext” adlanır.
Belə olan halda, yüksək IQ və EQ-yə sahib
insanlar həm text, həm də subtext-i qarşı tərəfə çatdıra bilirlər.
Paylaş
Bənzər xəbərlər