main-post-cover

    Hansı iPhone modelləri iOS 13 əməliyyat sistemini əldə etməyəcəklər?

    Elm & Texnologiya
    02.02.2019
    Farid Pardashunas
        Bu ilin yay fəslində Apple şirkəti ənənəvi olaraq iOS əməliyyat sisteminin yeni versiyasını təqdim etməlidir. Təbii ki, söhbət iOS 13 -dən gedir. İnternetdə artıq yeni əməliyyat sistemində olacaq bəzi yeniliklər və həmin əməliyyat sistemini əldə etməyəcək iPhone modellərinin siyahısı ortaya çıxıb. Bu barədə The Verifier saytı xəbər verib. Beləliklə iOS 13-də olacaq əsas yeniliklərdən biri də qlobal Dark Mode rejimi olacaq. Bu rejim sayəsində istifadəçilər yaxşı işıqlandırılmamış mühitdə və ya qaranlıqda smartfon ekranındakı kontentləri rahatlıqla izləyə biləcəklər.
        Bununla belə iOS 13-də Dark Mode rejimi bütün tətbiqlərə və sistem təminatının menyusuna aid ediləcək. Bundan əlavə olaraq CarPlay servisinin çalışmasının daha da təkmilləşdirilməsi, videokontentlərə sahib yeni servislərin istifadəyə verilməsi, iPad modelləri üçün yeni ekran məzmunlarının olması, qovluqların müxtəlif tətbiqlərdə istifadə edilməsi və faylların idarəolunması sisteminin daha da yaxşılaşdırılması gözlənilir. Beləliklə iOS 13 əməliyyat sistemini hansı iPhone və iPad modelləri əldə edə bilməyəcəklər?
        Bu siyahıya iPhone 5s, iPhone SE, iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus smartfon modelləri, iPad Mini 2, iPad Mini 3, iPad Air, iPad Air 2, iPad Mini 4 planşet modelləri və 6-cı nəsil iPod Touch cihazı daxildirlər. Lakin məlumata əsasən bu siyahıdakı cihazlardan bəziləri sual altındadır: iPhone 6s, iPhone 6s Plus, iPhone SE və iPad Mini 4. Təbii ki, bu hələki təsdiqlənməmiş məlumatdır. Həmçinin bir dəfəyə bir neçə nəsil iPhone modelinin dəstəyinin kəsilməsi də bir qədər şübhəli görünür. Lakin bu üsulla Apple şirkəti istifadəçilərin yeni iPhone modellərinə üstünlük vermələrinə nail ola bilər. iOS 13 əməliyyat sisteminin anonsunun bu ilin iyun ayında baş tutacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər