
Hansı IT peşəsində nə qədər pul qazanmaq olar?
Elm & Texnologiya
07.05.2017
Farid
İnkişaf edən IT sahəsinin populyarlığı
artdıqca insanların ona olan marağı da artır. Bu yazıda sizə ən çox tələb
olunan IT mütəxəssisləri ilə tanış edəcəyik. Belə ki, sahəsindən asılı olaraq hər
mütəxəssisin özünə uyğun vəzifə borcları və təbii ki, gəlir səviyyəsi təyin
olunur.
1. Sistem adminstratoru
Bu sahədə çalışmaq istəyənlər ilk öncə
kompüterlər, ofis texnikası ilə yaxından tanış olmalıdırlar. Bundan əlavə
proqram təminatı haqda məlumat sahibi olması vacib şərtdir. Bu sahədə çalışan şəxslər
əməliyyat sistemi, proqramları, həmçinin tətbiqləri quraşdırmağı və işlətməyi
bacarmalıdırlar. Yəni texnoloji yenilikləri çox yaxından izləmələdirlər. Hətta
lazım gələrsə şirkət işçilərini işlədikləri proqram haqda məlumatlandırmalıdırlar.
Sistem adminstratoru iş sahəsində nəzərə çarpmasa da çox ciddi rol oynayır.
Sistem adminstratorlarının illik gəliri ABŞ bazarında təqribən 77 min dollar təşkil edir.

2. Böyük məlumat bazası ilə işləyən analitiklər
Bu
sahədə çalışanların analitik qabiliyyətləri ilə yanaşı çox yüksək səviyyədə
proqramlaşdırma bacarıqlarının olması vacib şərtdir. Con Hokkins Universitetində çalışan Ceffi Lik, analitik olmaq istəyən şəxslərdə əsasən 3 xüsusiyyətin
olmasının vacib olduğunu bildirir:
1)Proqramlaşdırma qabiliyyəti olmalı,
alqoritmik bacarıqları həll etməyi bacarmalıdır
2)Riyazi və statistik bilikləri olmalıdır
3)Şirkətin maliyyə vəziyyətini analiz etməyi
bacarmalıdır
Harvard Business Review təşkilatı hətta bu
sahəni 21-ci əsrin ən perspektivli peşəsi elan edib. İnformasiya bütün sahələrdə
mövcuddur, əsas olan isə onları necə strukturlaşdırmaqdır. Belə ki, hər keçən
gün məlumat bazası böyüyür və onları idarə etmək çətinləşir. Buna görədir ki,
bazarda bu sahədə çalışan insanlar xaricdə 119
min dollar illik əmək haqqı alırlar.
3. Proqramist
Bu
sahə də digər IT sahələri kimi ən çox tələb olunan sahələrdən biridir. Belə ki,
proqramistlik müxtəlif sahələrdə fəaliyyət göstərə bilər.
1)Tətbiq proqramçılığı- oyun, redaktor,
messenger, mühasibat proqramçılığı
2)Sistem proqramçılığı- əməliyyat sistemi və
interfeys hazırlayırlar
3)Veb-proqramçı- saytlar üçün proqramlar tərtib
edib, dinamik veb-saytlar düzəldir
Bu
sahədə çalışan mütəxəssislərin illik maaşı təqribən 100 min dollar təşkil edir.
4. İnformasiya təhlükəsizliyi üzrə analitik
Bu
peşə sahibləri əsasən informasiya təhlükəsizliyi, ola biləcək risk səviyyəsini
araşdırır və onu minimallaşdırmaq haqda fikirlər irəli sürürlər. Məlumatların
qorunması vacib şərtdir, çünki hətta onların bir qisminin hackerlərin əlinə
keçməsi artıq çox böyük problemlərin başlanmasına işarədir. Ona görə də böyük
holdinqlər, kampaniyalar belə analitiklərə hər zaman ehtiyac duyur. İşin mənfi
tərəflərindən bir də bu işin 7/24 nəzarətdə saxlanması ilə əlaqəlidir. Bu sahənin
peşəkarlarının illik qazancı isə təqribən 90min dollar təşkil edir.
5. Kompüter sistemlərinin analitiki
Bu
sahədə çalışan insanlar əsasən proqram təminatının test edilməsində, kompüter
sistemlərinin və informasiya sahəsinin araşdırılmasında önəmli rol oynayırlar.
Bu sahənin analitiklərinin əsas vəzifəsi sistemdəki, proqram təminatındakı
boşluqları tapmaq və onları aradan qaldırmaqdır. Kompüter sistemləri analitiklərinin
ortalama maaşı 85 min dollar təşkil
edir.
6. Veb developer
Sadə dillə desək veb developer, saytı quran və onu dəstəkləyən şəxsdir.
Belə ki, siz sayt düzəltmək istəsəniz bütün məhsuliyyəti veb developerin üzərinə
ata bilməzsiniz. Burda veb developerlər də 3 qrupa ayrılır: front-end, back-end, full stack veb
developerlər
Front-end veb developerlər demək olar ki, sadəcə saytın görüntü hissəsini
həyata keçirirlər.Yəni dizaynerin verdiyi dizayn əsasında görüntü kodlarla
yığılır. Back-end əsasən onun görüntüdən kənar olan işlək hissəsini əhatə edir.
Bütün baza məlumatlar back-end tərəfindən təmin olunur. Full stack isə əsasən
hər ikisini, yəni front və back-endi özündə birləşdirir. Bu sahədə çalışan
insanların illik əmək haqqı 64 min
dollar təşkil edir.
Paylaş
Bənzər xəbərlər