main-post-cover

    HarmonyOS əməliyyat sisteminin interfeysinin ilk fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    12.08.2019
    Farid Pardashunas
        Huawei şirkəti HarmonyOS əməliyyat sistemini təqdim edəndən sonra Honor brendi bu əməliyyat sistemi vasitəsilə çalışan Honor Vision televizorunu təqdim etdi. İndi isə internetdə yeni əməliyyat sisteminin sözügedən televizorda əks olunmuş ilk interfeys fotoları ortaya çıxıb. Bu barədə IThome saytına istinadən 4pda saytı xəbər verib.

        Yeni əməliyyat sisteminin əsas interfeysi bir çox smart televizorlarda olan interfeyslərin tərzində hazırlanıb. Belə ki, ən çox istifadə olunan funksiyalar televizorun ana səhifəsində yerləşdirilib. Televizor interfeysində naviqasiya isə xüsusi sensorlu pult və ya səsli əmrlər vasitəsilə reallaşdırılır. Smart televizorlar üçün olan standart menyu özəlliklərdən əlavə olaraq yeni əməliyyat sistemi həmçinin bəzi vidjetləri də dəstəkləyir.

        Həmin vidjetlər vasitəsilə televizor ekranında hava proqnozuna, fotolar qalereyasına və Huawei Share texnologiyası vasitəsilə xarici cihazlardan inteqrasiya edilmiş fayllara baxmaq olur. Bundan əlavə olaraq hansısa xarici cihazın ekranının televizorda əks olunması və smartfonun idarəetmə pultu kimi istifadə olunması da dəstəklənir.

        Gözləmə rejimində əməliyyat sistemi YOYO Hilink Eco səsli köməkçi əsasında hazırlanmış smart səsgückəndirici rejimində çalışır. Müxtəlif mənbələrdən olan videokontentləri izləmək üçün bir neçə tətbiqdən istifadə etməyə ehtiyac yoxdur. Belə ki, bütün videokontentləri bir universal player vasitəsilə izləmək olar. Honor Vision televizorundan həmçinin videozənglər üçün də istifadə etmək mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər