HDMI 2.2 standartı təqdim edilib
Elm & Texnologiya
07.01.2025
Emil
CES 2025-dən yayımlarımız Azercell-in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
HDMI Forum konsorsiumu CES 2025 sərgisi çərçivəsində yeni HDMI 2.2 standartını təqdim edib. Yeni standart özündə ənənəvi giriş hissəsini qoruyub saxlasa da, onda məlumatların ötürülməsi sürəti olduqca yüksəlib. Məlumatda qeyd edilib ki, HDMI 2.2 standartında məlumatların ötürülməsi sürəti saniyədə 96 Gbit təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bundan daha əvvəlki HDMI standartı olan HDMI 2.1-də bu göstərici saniyədə 48 Gbit təşkil edir.
Bunun sayəsində dəstəklənən monitorlara təsvirin 480 Hz sürətlə 4K keyfiyyətində, 240 Hz sürətlə 8K keyfiyyətində və 120 Hz sürətlə 10K keiyfiyyətində ötürülməsini mümkün edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, HDMI 2.1 standartında maksimal göstərici 240 Hz sürətlə 4K keyfiyyətidir. Bununla yanaşı HDMI 2.2 standartı özündə gecikmə göstəricisi protokolunu (Latency Indication Protocol) birləşdirir. Bu protokol audio və videonun daha yaxşı sinxronlaşdırılmasına istiqamətlənib. Bu əsasən səsin TV-dən kənar audio sistemlərə ötürülməsi hallarında vacib ola bilər. HDMI 2.2 standartının tərtibatçıları qeyd ediblər ki, bu standart VR tətbiqlərdə və kommersiya məqsədli seqmentdə tətbiq edilə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar