Logo
    main-post-cover

    Həftənin iOS tətbiqləri - 22 Yanvar 

    Bu həftə üçün hazırladığımız ən yaxşı iOS tətbiqlərini topladığımız məqalə ilə qarşınızdayıq.  

    5 iOS tətbiqinə yer verdiyimiz bu məqalədə App Store-da yerləşən fərqli kateqoriyalardakı əyləncəli və funksional tətbiqlərlə tanış ola biləcəksiniz. 

    VHS Video Cam


    iPhone-u ilə Retro VHS videolar çəkmək ya da var olan videolarınıza dörd fərqli VHS filteri əlavə etmək istəyənlər VHS Video Cam tətbiqini olduqca sevəcəklər. 4K video təcrübəsi deyil, nostalji yaşamaq istəyirəm deyənlər bu tətbiqi qaçırmasınlar. 

    ContactsXL 2017

     

    Çox xüsusiyyətli bir telefon kitabçası tətbiqi olan ContactsXL 2017 ilə qrup yaratmaq, Facebook üzərindən nömrələri yeniləmə, qrup mesajları yollamaq, nömrələrinizi backup etmək kimi bir çox əməliyyatı reallaşdıra bilərsiniz. 
    Printed


    Şəkillərinizi nostaljik sənət əsərləri halına çevirmək istəyirsinizsə Printed tətbiqini istifadə edə bilərsiniz. Şəkillərinizi sanki 20 il hətta daha əvvələ daşıyacaq tətbiqi yoxlamağınızı məsləhət görürük.  

    ReSlice


    Səs nümunələrinizi ReSlice ilə kəsərək, MIDI notları üçün istifadə ediləcək elastik musiqi atomları hazırlaya bilərsiniz. Tətbiqlə canlı səs yazmaq ya da səs fayllarını import etmək xüsusiyyətləri də təklif edilir. 

    Troublemaker 


    Orginal Roland TB-303 sintezatorun virtual versiyasını iOS-a gətirən Troublemaker tətbiqi ilə musiqi istehsal etmənin keyfinə çata bilərsiniz. iOS musiqi sevərlər üçün olduqca işə yarar bir tətbiqdir.
    Paylaş
    Bənzər xəbərlər