main-post-cover

    Hələ anons olunmamış BlackBerry Key2-nun ilk videosu təqdim olundu

    Elm & Texnologiya
    25.05.2018
    Farid Pardashunas
        Bu ayın əvvəlində anons olunmamış BlackBerry Key2 smartfonu Bluetooth Wi-Fi sertifikatlaşdırmadan keçmişdi. İndi isə şirkət sözügedən modelin tizer videosunu paylaşıb. Həmin videoda smartfon ikili arxa kameraya və qəribə düyməyə sahibdir. Təqdim olunmuş videodan da görmək olar ki, smartfonun arxa paneli üfüqi şəkildə yerləşdirilmiş ikili kameraya sahibdir. Ön paneldə isə sensorlu ekran və QWERTY klaviatura yerləşib. Smartfonun ən aşağı hissəsində təyinatı bilinməyən düymə var.
        Videoda həmin düyməyə xüsusi diqqət ayrılıb. Bu isə o deməkdir ki, həmin düymə smartfonda hansısa vacib funksiyanı işə salır. Güman olunur ki, BlackBerry Key2 1620x1080 piksel keyfiyyətli 4.5 inç ekran, Snapdragon 660 prosessoru, 6 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3360 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. BlackBerry Key2 modelinin təqdimatı 7 İyun tarixinə planlaşdırılır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər