Hələ təqdim olunmamış Redmi Note 10 və Note 10 Pro smartfonları Geekbench testlərindən keçiblər
Elm & Texnologiya
18.05.2020
Farid Pardashunas
Bir neçə gün bundan öncə Çinin 3C adlı nizamlayıcı orqanının məlumatlar bazasında M2004J7AC və M2004J7BC kod adlarına sahib iki smartfon modeli aşkar edilmişdi. İnsayderlərin verdikləri məlumatlara əsasən bunlar Redmi Note 10 və Note 10 Pro smartfon modelləridir. İndi isə həmin smartfonlar məşhur Geekbench bençmark saytının testlərindən keçiblər.
Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə Geekbench testlərinə əsasən Redmi Note 10 modeli birnüvəli testdə 644 xal, çoxnüvəli testdə isə 2156 xal toplayıb. Redmi Note 10 Pro modeli isə Geekbench-in birnüvəli testində 646 xal, çoxnüvəli testində 2634 xal toplayıb, Məlumat sızıntısına əsasən hər iki smartfon ARM MT6875 prosessoru əsasında hazırlanıb.
Söhbət, Dimensity 800 və Dimensity 800+ prosessor modellərindən gedir. Adi Redmi Note 10 modeli Dimensity 800 prosessoru, Note 10 Pro modeli isə Dimensity 800+ prosessoru ilə təchiz olunmalıdır. Hər iki smartfon 8 GB RAM ilə təchiz olunacaq və Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq. Redmi Note 10 smartfon seriyasının nə zaman təqdim olunacağı bilinmir
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)