
Hər bir avtomobilə avtopilot funksiyası əlavə edən cihaz
Elm & Texnologiya
07.05.2017
Farid
Məşhur hacker Corc Hots (George Hotz) istənilən avtomobilə avtopilot funksiyasını əlavə edən cihazı təqdim edib.
Təqdim olunmuş yeni sistem Comma One adlanır və qiyməti 1000$ dəyərindədir. O,
avtomobilin ətrafındakı obyektləri izləyə bilən radar və kameralardan ibarətdir.
Bu avtopilot sistemini sürücüsüz istifadə etmək təhlükəlidir. Belə ki, sistem
qəza halında düzgün işləməyə bilər. Lakin buna baxmayaraq sözügedən sistem
vasitəsilə sükana toxunmadan A nöqtəsindən B nöqtəsinə getmək olar. Bunu bir
növ təkmilləşdirilmiş kruiz-kontrol da adlandırmaq olar. Cihazın 1000$ qiymətində
olmasına baxmayaraq onun əməliyyat sisteminin aylıq abunə haqqı 24$ təşkil edəcək.
Artıq bu ilin sonunda cihaz az tirajla müəyyən növ avtomobil brendləri üçün
satışa çıxacaq. Siyahıda hansı model avtomobillərin olacağı hələki bilinmir.
Lakin Corc gələcəkdə siyahın artmasını söz verib.
Paylaş
Bənzər xəbərlər