main-post-cover

    Hərbi texnologiya əsaslı Temi adlı robot (VİDEO)

    Elm & Texnologiya
    29.08.2017
    Farid Pardashunas

    Temi adlı robotlaşdırılmış səsli assistantı, İsrailin hərbi robotexnika sahəsində fəaliyyət göstərən şirkəti “Roboteam” istehsal edib.

    Yeni cihaz nəinki öz sahibini izləyir, həmdə onun görünüşünü tanıyır və onun əmrlərini yerinə yetirir. Bu zaman isə o, canlı məxluqu imitasiya etmir. Şirkətin CEO-su Yossi Wolf bildirib ki, o bilərəkdən üz cizgilərinə sahib robot əvəzinə, təkərləri olan planşeti xatırladan cihaz yaradıb. Onun fikrincə hal hazırda olan texnologiyalar sözün əsl mənasında insana bənzər robotun yaradılması imkanını vermirlər. Əllərə, gözlərə və insan cizgilərinə sahib olan robotlar isə insan funksiyalarının acınacaqlı imitasiyasıdır. Şirkət tərəfindən hazırlanmış bu cihaz, Amazon Echo cihazına bənzəyir. Robotun, istənilən mühitdə hərəkət etməsi üçün o, şirkət tərəfindən ABŞ-ın Hərbi Hava Qüvvələri üçün yaratdığı hərbi texnologiyalardan istifadə edir. Temi öz sahibini üz cizgilərinə görə tanıyır və yalnız bundan sonra onun əmrlərini yerinə yetirməyə başlayır.
    Google Assistant kimi Temi də istifadəçinin sorğularını başa düşmək üçün süni zəkadan istifadə edir. Lakin məşhur səsli assistantlardan fərqli olaraq Temi danışmır. Ünsiyyət üçün o, 10 inç-lik sensor ekrandan istifadə edir. Həmin ekrandan həmçinin TV verlişlərinin baxılması və videoçata qoşulma zamanı istifadə etmək olar. Bununla yanaşı videoçat zamanı cihaz özü avtomatik olaraq mikrofonun səsini, insanın kadrdakı təsvirini tənzimləyir. Hal hazırda Temi daha çox videokonfranslar üçün nəzərdə tutulmuş cihazı xatırladır. Lakin müəyyən müddətdən sonra onun funksiyaları genişləndiriləcək. Bir dəfə şarj olunandan sonra Temi, 8 saata qədər çalışmaq özəlliyinə sahibdir. Əlaqə vasitələri kimi isə o, Wi-Fi, Bluetooth LTE-dən istifadə edir. Cihazın hündürlüyü 90 sm-dir və hərəkət etmək üçün o, 4 təkərdən istifadə edir. Temi robotları, 2018-ciilin ikinci yarısında satışa çıxacaqlar və 1500$ qiymətində satılacaqlar.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər