
Həvəskar kimyaçı mikrosxemlərdən qızıl əldə edib
Elm & Texnologiya
07.05.2017
Farid
YouTube-da Cody’s Lab adlı kanalı olan amerikalı həvəskar
kimyaçı ev şəraitində kompüter mikrosxemlərindən qızılın necə əldə olunmasını
göstərib. Prosesin detallarını gənc öz videosunda başa salıb. İlk öncə o
mikrosxemləri parçalayaraq onları yandırıb. Növbəti mərhələdə o, alınmış
qarışıqdan maqnit vasitəsilə dəmiri ayırıb və onu 1700 dərəcədə qızdıraraq tərkibindən
qurğuşunu çıxardıb. Alınmış materialı gənc turşu məhlula yerləşdirərək onun tərkibindən
misi elektroliz vasitəsilə çıxardıb. Bir neçə proses sayəsində isə gümüş və
palladium kimi elementlər materialın tərkibindən ayrılıb. Beləliklə 4 kq köhnə
kompüter mikrosxemlərini emal edərək gənc kimyaçı 40 mq (milliqram) qızıl əldə
edib. Bu üsul ilə 1 qr qızıl əldə etmək üçün 1 sentner kompüter mikrosxemləri
lazımdır.
Paylaş
Bənzər xəbərlər