Hidrogen elementlər əsasında çalışan Toyota Mirai bir dəfəyə rekord göstəricidə yol qətt edib

Hidrogen elementlər əsasında çalışan Toyota Mirai bir dəfəyə rekord göstəricidə yol qətt edib

Texnologiya
18.10.2021 PAYLAŞIM

    Toyota Mirai artıq birinci dəfə deyil ki, hidrogen elementlər vasitəsilə çalışan mühərrikinin hesabına göstərdiyi çalışma müddəti ilə potensial alıcılarını heyrətləndirir. Bu dəfə isə sözügedən avtomobil Ginnesin Rekordlar Kitabına düşüb. Belə ki, Toyota Mirai bir dəfə tam yanacaqla təmin olunandan sonra rekord göstəricidə yol qətt edə bilib. Toyota Mirai avtomobilinin Ginnesin Rekordlar Kitabına düşməsinə səbəb olmuş yol səyahəti bu ilin 23-24 avqust tarixlərində baş tutub. Avtomobilin sərgilədiyi yekun nəticə isə Ginnesin Rekordlar Kitabının təmsilçiləri tərəfindən qeydə alınıb. Yol səyahətinə startın verilməsindən öncə Ginnesin Rekordlar Kitabının təmsilçisi avtomobilin 5.65 kq hidrogen həcmində olan yanacaq bakını plomblayıb.


    Səyahətin sonunda isə təmsilçi yanacaq bakını diqqətlə yoxlayıb. Beləliklə Toyot Mirai ümumilikdə 1360 km yol qətt etməklə inanılmaz nəticə sərgiləyib. Bununla yanaşı avtomobilin yanacaqla tam təmin olunması üçün cəmi 5 dəqiqə vaxt lazımdır. Səyahət zamanı avtomobildə 2 nəfər professional sürücü olub. Avtomobil öz səyahətini Kaliforniya üzərindən reallaşdırıb. “Toyota Mirai avtomobilinin əlavə yanacaq tələb etmədən bu qədər yol qətt etməsi yanacaq elementləri əsasında çalışan elektrik texnologiyalarının gücünü göstərir. Sözügedən texnologiya və Toyota komandasının ixtiraçılığı bu tarixi ana gətirib çıxardıblar” - deyə Ginnesin Rekordlar Kitabının təmsilçisi qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×