
Hindistanda 3D printer vasitəsilə çap edilmiş raket mühərriki test edilib
Elm & Texnologiya
17.05.2024
Emil
Hindistan Kosmik Tədqiqatlar təşkilatı (ISRO) 3D printerdə çap edilmiş maye yanacaq əsaslı raket mühərrikinin testlərini uğurlu şəkildə keçirib. Gözləntilərə əsasən bu layihə ölkənin kosmik sahəsinin inkişafını stimullaşdıracaq. Məlumata əsasən 3D printer vasitəsilə hazırlanmış raket mühərrikinin testləri 9 may tarixində baş tutub. Tetraoksid diazot və monometilhidrazindən təşkil edilmiş qarışığın yanma prosesi çərçivəsində mühərrik 665 saniyə ərzində çalışıb.

Bu cür mühərriklər Hindistanın Polar Satellite Launch Vehicle (PSLV) adlı kiçik ölçülü sürətləndirici raketlərində istifadə edilir. ISRO bildirib ki, 3D çap texnologiyası sayəsində mühərrikin detal sayını 14-dən 1-ə endirmək mümkün olub. Bu isə öz növbəsində mühərrikin konstruksiyasından qaynaqlanmaya ehtiyac duymuş 19 ədəd birləşməni aradan qaldırmağa və mühərrikin istehsalı üçün lazım olan xammal miqdarını aşağı salmağa imkan verib. Bundan əlavə olaraq 3D çap vasitəsilə mühərrikin istehsal müddətini 60% ixtisar etmək mümkün olub. Bu yeni istehsal texnologiyası kosmik uçuşların keçirilmə tempini yüksəldə bilər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
