Logo
    main-post-cover

    Hindistanın 2 şəhəri arasında Hyperloop nəqliyyat sistemi inşa ediləcək

    Hyperloop Transportation Technologies startapı, Hindistanın Andhra-Pradeş adlı ştatının hakimiyyəti ilə razılıq imzalayıb.

    Razılığa əsasən Hyperloop vakuum qatarları bu ştatın iki şəhəri olan Amaravati ilə Vidjayavada şəhərlərini birləşdirəcək. Bir şəhərdən digərinə isə 6 dəqiqə ərzində çatmaq mümkün olacaq. Hyperloop sisteminin inşasına gələn ilin yaz fəslində start verilə bilər. Bu iki şəhər arasındakı məsafə 43 km-dir. Hal hazırda bu şəhərlər arasındakı səyahət 1 saatdan az vaxt çəkmir. Vakuumlu qatarlar vasitəsilə isə bu müddəti 6 dəqiqəyə endirmək mümkün olacaq. Oktyabr ayında start götürəcək birinci mərhələ çərçivəsində şirkət, bu nəqliyyat şəbəkəsinin məqsədəuyğunluğunu incələyəcək. Bu proses yarım ilə yekunlaşacaq. İnşa işlərinə isə ikinci mərhələ çərçivəsində, 2018-ci ilin yaz fəslində start veriləcək. Əgər hər şey yolunda getsə, onda Hindistan, Hyperloop vakuum qatarlarına sahib olan ilk ölkə ola bilər. Layihənin büdcəsi barəsində məlumat verilməyib. Lakin məlumata əsasən bu əməkdaşlıq, dövlət-özəl tərəfdaşlıq formatında keçiriləcək. Əsas vəsaitlər, özəl investorlar tərəfindən təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər