main-post-cover

    HMD Global daha bir köhnə Nokia modelini geri qaytarmağa hazırlaşır

    Elm & Texnologiya
    02.04.2018
    Farid Pardashunas
        Android Authority saytının jurnalistləri öyrəniblər ki, HMD Global şirkəti Nokia brendinin daha bir məşhur modelini geri qaytarmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, şirkət bir neçə müddət bundan öncə Nokia 3310-un yenilənmiş versiyasını və Nokia 8110-u təqdim etmişdi. Məlumata əsasən HMD Global şirkəti bu dəfə 1994-cü ildə satışa çıxmış Nokia 2010 modelini geri qaytaracaq. Onun satışa çıxışı isə telefonun 25 illiyinə həsr olunacaq. Bundan əlavə olaraq məlum olub ki, yeni versiyanın adı Nokia A10 olacaq və qara, qırmızı, sarı rənglərdə satışa çıxacaq. Məlum olan odur ki, yenilənmiş Nokia 2010 Nokia 3310 (2017) və Nokia 8110 (2018) mdoellərinin çalışdıqları əməliyyat sistemi vasitəsilə çalışacaq və hətta WhatsApp-ı da dəstəkləyəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər