HMD Global'dan Nokia X adlı gizli smartfon gəlir

16.04.2018 0 PAYLAŞIM 295 OXUNMA

MWC 2018 tədbirində Nokia 7 PlusNokia 8 Sirocco modellərinin təqdimatından sonra HMD Global şirkəti indi də yeni Nokia modelinin təqdimatına hazırlaşır. Nokia X adlı gizli smartfonun artıq reklam stendləri ortaya çıxıb. Nokia X-in yaxın zamanda anonsunu reklam edən stendlər Çində ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Nokia X rəsmi olaraq 27 Aprel tarixində məhz Çində təqdim olunacaq.


Təəssüf ki, reklam stendləri smartfon barəsində demək olar ki, məlumat vermirlər. Şayiələrə əsasən Nokia X 4/6 GB RAM, Snapdragon MediaTek prosessorları ilə təchiz olunacaq. Deyilənə görə Nokia X orta büdcəli smartfonlar seqmentinə aid olacaq. Lakin çətin ki, HMD Global şirkəti orta büdcəli smartfon üçün ayrıca bir tədbir keçirtsin. Qeyd etmək lazımdır ki, Microsoft şirkəti Nokia brendini alandan sonra Android əməliyyat sistemli Nokia X smartfonu satışa çıxmışdı. Həmin model smartfonlar qiymət baxımından ucuz olsalar da alıcıların diqqətlərini cəlb edə bilmədilər.