main-post-cover

    HMD Global şirkəti 2 il ərzində 79 milyondan çox Nokia smartfonu sata bilib

    Elm & Texnologiya
    07.12.2018
    Emil Nəcəfov
        Nokia brendi HMD Global şirkətinin rəhbərliyi altında artıq bir sıra nailiyyətlər əldə edib. Məsələn brend son iki il ərzində 79 milyondan çox smartfon sata bilib. Lakin şirkət əldə olunmuş nailiyyətlər ilə yetinmək fikrində deyil. Gələn ildə şirkət yeni smartfon modellərini təqdim etməklə bazardakı mövqeyini gücləndirməyi hədəfləyib. Orta qiymət göstəricili smartfonlar bazarında öz mövqelərini gücləndirmiş HMD Global şirkəti həmçinin daha bahalı flaqman smartfon modellərinə də fokuslanmağı planlaşdırıb.
        Şirkətin bəzi təmsilçiləri bildiriblər ki, Nokia brendinin bir sıra flaqman modelləri artıq gələn il satışa çıxacaqlar. Onlar konkret modellərin adlarını çəkməsələr də, çox güman ki, ilk növbədə bu, Nokia 9 PureView modelinə aiddir. Gözləntilərə əsasən 5 arxa kameraya sahib olacaq Nokia 9 PureView modeli istehsalçıların əsas diqqətlərinin smartfon kameralarına yönəltdikləri bazarda lider model olacaq HMD Global şirkətinin fikrincə yaxın illərdə Nokia smartfonlarına tələb artacaq və bu brend artıq 2020-2021-ci illərdə bazardakı öz yerini tuta biləcək.
    Linki kopyala