main-post-cover

    HMD Global şirkəti 5 arxa kameralı Nokia 9 PureView'ın təqdimatını yenidən təxirə saldı

    Elm & Texnologiya
    15.01.2019
    Farid Pardashunas
        HMD Global şirkəti 5 arxa kameralı Nokia 9 PureView smartfonunu hələ keçən ilin sonunda satışa çıxartmağı planlaşdırırdı. Lakin smartfonun kameralarında yaranmış problemlər səbəbilə şrikət onun təqdimatını təxirə salmalı oldu. Bir sıra məlumatlara əsasən smartfon bu ayın sonunda təqdim edilməli idi. Lakin ortaya çıxmış yeni məlumata əsasən şirkət təqdimatı yenidən təxirə saldı.
        Şirkətin məhsullar üzrə direktoru Juho Sarvikas bir nüçə gün bundan öncə müsahibələrinin birində şirkətin MWC 2019 sərgisinə hazırlaşmasına işarə etmişdi. Daha sonra isə Nokia_Leakes adlı Twitter hesabı təsdiq etdi ki, Nokia 9 PureView-ın təqdimatı həqiqətən də təxirə salınıb və onu gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisində gözləmək lazımdır.
        Qeyd etmək lazımdır ki, sözügedən smartfon Olympic kod adına sahibdir. Daha öncəki məlumat sızıntılarına əsasən Nokia 9 PureView smartfonu 2K HDR10 dəstəkli 6 düym OLED ekran, Snapdragon 845 prosessoru (ola bilər Snapdragon 855 də olsun), 6 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Şirkətin bir çox Nokia modelləri kimi Nokia 9 PureView modeli də Android One əməliyyat sistemi vasitəilə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər