main-post-cover

    'HMD Global' şirkəti büdcəli Nokia Asha seriyasını yenidən dirildir

    Elm & Texnologiya
    11.01.2018
    Farid Pardashunas
    Keçən il “HMD Global” şirkəti Nokia brendini uğurlu şəkildə smartfonlar bazarına geri qaytarmışdı.
    Görünür, şirkət yaxın zamanda yenidən Asha seriyalı smartfonları satışa çıxardacaq. Belə ki, Asha ticarət nişanı Avropa Birliyinin intellektual mülkiyyəti departamentində qeydiyyatdan keçirdilib. Bir neçə il bundan öncə “Microsoft” şirkəti Nokia brendini alanda həmçinin Asha ticarət nişanını da əldə etmişdi. Asha brendi altında baha olmayan funksional mobil telefonlar satışa çıxarılırdı. İndi isə görünür ki, “HMD Global” şirkəti bu cür smartfonların istehsal olunmasında maraqlıdır. Qeyd etmək lazımdır ki, Asha seriyası inkişafda olan ölkələrdə çox məşhur idi. Bununla belə vaxtı ikən “Microsoft” həmin seriyaya son qoymuşdu. Belə ki, o, ucuz Lumia modelləri ilə rəqabət aparırdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər