main-post-cover

    HMD Global şirkəti ən çox gözlənilən Nokia modelinin təqdimatına hazırlaşır

    Elm & Texnologiya
    17.08.2018
    Farid Pardashunas
        Nokia öz Twitter hesabında qeyd edib ki, 21 Avqust tarixində ən çox gözlənilən Nokia modelini təqdim edəcək. Bu cür elan öz-özlüyündə böyük sirr daşıyır və çox güman ki, söhbət, Nokia 9 flaqman modelindən gedir. Gözlənildiyi kimi sözügedən model Snapdragon 845 prosessoru və OLED ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunmalıdır. Əgər bu həqiqətən də belə olsa, Nokia bu texnologiyanı xarici bazara çıxardacaq ilk qeyri Çin şirkəti olacaq.
        Qeyd etmək lazımdır ki, indiyənə kimi ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasından yalnız Çin şirkətləri istifadə edirdilər. Yeni Nokia modelinin əsas özəlliyi həmdə onun kameraları olacaq. Bu baxımdan şirkət yenə də Carl Zeiss markası ilə əməkdaşlıq edir. Çox güman ki, smartfon üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun təmiz Android əməliyyat sistemi ilə çalışması gözlənilir. Android 9 Pie əməliyyat sisteminin çıxış tarixini nəzərə alsaq, çox güman ki, smartfon məhz bu əməliyyat sisteminə sahib olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər