
HMD Global şirkəti Microsoft'dan PureView brendini geri aldı
Elm & Texnologiya
27.08.2018
Emil
Nokia smartfonlarının istehsalı ilə
məşğul olan HMD Global şirkəti Microsoft-dan PureView brendini geri aldı. Qeyd
etmək lazımdır ki, bu brend adı əvvəlki Nokia modellərinin kameralarında əks
olunurdu. Bu ad ilk dəfə 2012-ci ildə Symbian əməliyyat sistemi ilə çalışmış
Nokia 808 PureView modelində təqdim olundu. Həmin ad ilə satışa çıxmış Nokia
modelləri özlərində yüksək keyfiyyətli kameraların olduğuna işarə edirdilər.
Nokia 808 PureView modeli
41 MP-lik arxa kamera və 3 MP-lik ön kamera ilə təchiz olunurdu.
Bir ildən
sonra isə 41 MP-lik arxa və 1.2 MP ön kameraya sahib Nokia Lumia 1020 modeli
satışa çıxdı. Həmin smartfon artıq Windows Phone əməliyyat sistemi vasitəsilə
çalışırdı. Hər iki smartfon ksenon işıqlandırma sistemi və Zeiss optikalarına
sahib idi. Beləliklə 23 Avqust tarixində HMD Global şirkəti PureView brendini Microsoft-dan geri
aldı. Microsoft bu brendi Nokia ilə birlikdə 2013-cü ildə 7 milyard dollara
almışdı. Görünür, bu brendi bundan sonra Nokia modellərində HMD Global şirkəti işlədəcək. Biz isə şirkətdən bu brend adı altında yüksək keyfiyyətli kameralara
sahib yeni Nokia modellərini gözləyirik
Paylaş
Bənzər xəbərlər