
Hollandiyalı alimlər havanı təmizləmək üçün nəhəng tozsoran hazırlayıblar
Elm & Texnologiya
07.05.2017
Farid
Niderlanddan olan mühəndislər maraqlı və bir o qədər faydalı işə imza atıblar. Belə ki, onlar hər gün çoxlu sayda toksik maddələrlə zəhərlənən havanı təmizləmək üçün yeni cihaz icad ediblər.
Bu cihazın
işləmə prinsipi isə evlərimizdə gündəlik istifadə olunan tozsoranlarla eyni
funksiya daşıyır. Yəni havada olan zərərli maddələri udaraq havanın daha təmiz
olmasına şərait yaradır. Cihaz 0.3 km radiusda yerləşən çirkli havanı çirkabdan
təmizləyir.
Bildiyiniz kimi böyük meqapolislərdə
havanın çirklənməsi əsas qlobal problemlərdən biridir. Havada olan balaca bərk
hissəciklər insanlarda onkoloji, respirator, ürək-damar xəstəliklərin əmələ gəlməsinə
səbəb olur. Hətta rəsmi məlumatlarda 2012-ci ildə 3.7 milyon insanın bu səbəbdən
həyatını itirdiyi haqda məlumat verilir.
Hal-hazırda ərazinin xüsusəndə bağlı məkanların
havasını təmiz saxlamaq üçün müxtəlif vasitələr mövcuddur. Bunlara elektron filtrlər,
siklonlar və s. aiddir. Amma bu mənada Holland alimlərin etdiyi daha vacib
xarakter daşıyır. Bu cihazı hətta evlərin damlarında da quraşdırmaq mümkün
olacaq.
İxtiraçılar öz cihazlarını "nəhəng xarici
tozsoran” adlandırırlar. Xarici quruluşuna görə 8 metrlik polad borudan ibarət
cihaz, saatda təqribən 800.000 m3 havanı təmizləyə bilir. Burda həmçinin diametri 2.5-10
mkm (mikrometr) olan hissəciklər 100%, diametri 2.5-100 nm (nanometr) olan hissəciklər 95% ultradisperserlərin
köməyilə təmizlənə bilir.
Paylaş
Bənzər xəbərlər