
"Home" düyməsiz Galaxy S8-in ilk fotosu sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Yaxın bir neçə ay ərzində "Samsung” şirkəti öz yeni flaqman smartfonu Galaxy S8-i təqdim etməlidir.
Bundan əlavə olaraq həmçinin onun böyük versiyası olacaq Galaxy S8 Plus da təqdim olunacaq. Məlumata əsasən hər iki modelin qıraqları əyilmiş
şəkildə olacaq. Buna görə də şirkət Edge adından imtina edəcək. Həmçinin qeyd
olunur ki, Galaxy seriyasının 8-ci nəsil modelləri ilk dəfə olaraq fiziki "Home’
düyməsindən məhrum olacaqlar. Onun yerinə hər iki modelin ekranı, ön paneli
tamamilə əhatə edəcək. Fotoda Galaxy S8-in və ya Galaxy S8 Plus-ın olduğu dəqiq
bilinmir.
"Home” düyməsinin olmayacağı üçün çox güman ki, barmaq izi
skanı ekranın özünə inteqrasiya ediləcək. Bundan əlavə olaraq smartfonların göz
qişası skanına sahib olacaqları güman olunur. Yeni smartfonların texniki göstəriciləri
barəsində hələki heç bir məlumat yoxdur. Yalnız o məlumdur ki, onlar yeni nəsil
8 nüvəli Snapdragon 835 prosessorları ilə təchiz olunacaqlar. Son məlumatlara əsasən
isə hər iki model bu ilin Aprel ayında – MWC 2017 tədbirində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər