main-post-cover

    Honda öz futuristik elektromobilinin konseptini təqdim edib

    Elm & Texnologiya
    08.11.2022
    Emil Nəcəfov
        China International Import Expo adlı beynəlxalq sərgi çərçivəsində Honda şirkəti özünün e:N2 adlı elektromobilinin konseptini sərgiləyib. Bu elektromobil hələ bir neçə müddət bundan öncə anons edilmiş e:N adlı layihə çərçivəsində hazırlanıb. Təqdim edilmiş konsept elektromobilin xarici görünüşü Honda şirkətinin tərzini əks etdirir və gələcəkdə mühəndislər bu görünüşü e:N layihəsinin digər elektromobillərinə inteqrasiya edəcəklər. Hal hazırki mərhələdə Honda öz elektromobilinin texniki özəllikləri barəsində məlumat verməyib.
        Sadəcə olaraq məlumdur ki, elektromobil e:N Architecture F adlı platforma əsasında hazırlanıb. Bu, elektromobillər üçün nəzərdə tutulmuş intellektual arxitekturadır və müxtəlif vəziyyətlərdə komfortlu idarəetmənin təmin olunması üçün bütün lazımi potensiala sahibdir. Elektromobildə aparıcı texnoloji həllər reallaşdırılacaq. Onlardan biri də sürücüyə yardım üzrə Sensing 360 adlı sistem olacaq. Sözügedən sistem müxtəlif növ sensorlar ilə kameralar əsasında hazırlanıb. e:N2 konsepti əsasında elektromobillərin irimiqyaslı istehsalına 2024-cü ildə start verilməsi planlaşdırılır. Elektromobilin hansı qiymətə satılacağı barəsində də bir məlumat verilməyib.
    Linki kopyala