Logo
    main-post-cover

    Honda velosiped pedallarına sahib elektrikli moped üzərində çalışır

    Elm & Texnologiya
    14.11.2022
    Emil
        Honda şirkəti 2025-ci ilə kimi 10 ədəd yeni ikitəkərli nəqliyyat növünü satışa çıxardacağını elan edib. Satışa çıxarılması planlaşdırılan yeni ikitəkərli nəqliyyat növlərindən birinin konsepti şirkət tərəfindən Avropada intellektual mülkiyyət üzrə göndərmiş olduğu sorğuda əks olunub. Əks olunmuş konseptdən belə qənaətə gəlmək olar ki, şirkət elektrikli moped ilə adi velosipedin hibridini hazırlamaq niyyətindədir. Vizual olaraq sözügedən nəqliyyat növü adi mopedi xatırladır. Bu nəqliyyat növündə batareya təkərlər arasında yerləşən aşağı hissədədir.
        Digər elektronik komponentər isə çox güman ki, oturacağın alt hissəsində yerləşir. Nəqliyyat növünü adi velosiped ilə birləşdirən özəllik ondan ibarətdir ki, o, adi velosipeddə olduğu kimi pedallara sahibdir. Təqdim edilmiş konseptdə nəqliyyat növü sadə elektrikli mühərrik ilə təchiz olunub. Çox güman ki, bu moped üçün xarakter olan sürət göstəricisi saatda 45 km təşkil edir. Çətin ki, onun mühərriki 4 kilovatt-dan daha güclü olsun. Sözügedən elektrikli mopedin nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər