main-post-cover

    HongMeng OS əməliyyat sistemli ilk Huawei smartfonunun qiyməti və təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    05.08.2019
    Farid Pardashunas
        ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin davam etdiyi bir vaxtda Huawei şirkəti fərdi əməliyyat sisteminin hazırlanmasını davam etdirir. Baxmayaraq ki, bir neçə müddət bundan öncə şirkət bildirmişdi ki, HongMeng OS əməliyyat sistemi smartfonlar üçün deyil digər cihazlar üçün hazırlanır, bu əməliyyat sisteminə sahib smartfonun təqdimat tarixi və qiyməti internetə sızdırılıb. Bu barədə Reuters saytına istinadən 4pda saytı xəbər verib.
        Məlumata əasən HongMeng OS adlı əməliyyat sisteminə sahib Huawei sartfonunun təqdimatı bu ilin sonuna kimi baş tuta bilər. Baxmayaraq ki, Huawei şirkəti Google ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır, hal hazırda olan ticarət müharibəsi səbəbilə ABŞ hökuməti Huawei şirkətinə heç gözlənilməz çətinliklər yarada bilər.
        Məlumatda qeyd olunub ki, HongMeng OS əməliyyat sisteminə sahib olacaq ilk smartfon modeli təqribi olaraq 288$-a satılacaq. Bu isə o deməkdir ki, yeni əməliyyat sistemi ilk öncə büdcəli smartfon modellərində işə salınacaq. Bir neçə müddət bundan öncə şirkət təmsilçiləri bildirmişdilər ki, hazırlanan fərdi əməliyyat sistemi televizorlar, avtomobil sistemləri və IoT məhsullar üçün nəzərdə tutulub. Şirkət fərdi əməliyyat sisteminə sahib ilk smartfon modeli barəsində məlumata rəy bildirməkdən imtina edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər