
Honor 13 düym ekranlı yeni planşet üzərində çalışır
Elm & Texnologiya
15.05.2023
Emil
Bir neçə müddət bundan öncə Honor şirkəti Honor Pad V8 adlı planşetini təqdim etmişdi. Sözügedən planşet 11 düym ölçülü ekrana sahibdir. Lakin görünür, Honor bununla yetinmək niyyətində deyil. Belə ki, məlumata əsasən şirkət 13 düym ölçüyə sahib olacaq yeni planşet üzərində çalışır. Şirkətin sözügedən yeni planşeti Çinin 3C adlı sertifikatlaşdırma agentliyində artıq qeydiyyatdan keçib. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Honor-un 13 düym ekranlı planşeti Snapdragon 888 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı 3C sertifikatlaşdırma agentliyi sayəsində məlum olub ki, planşet 66 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Honor-un öz yeni planşetini nə zaman təqdim edəcəyi bilinmir. Lakin heç istisna deyil ki, planşet Honor 90 smartfon seriyası ilə birlikdə təqdim olunsun.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
