main-post-cover

    Honor 20 flaqman smartfonu barəsində məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    04.03.2019
    Farid Pardashunas
        Honor 10 smartfonunun təqdimatından 1 il sonra onun davamçısı olacaq Honor 20 modeli barəsində məlumatlar ortaya çıxdı. Məlumatı iChangezone ləqəbli çinli insayder Weibo sosial şəbəkəsində verib. Bundan əlavə olaraq o, smartfonun keyfiyyətli render fotosunu da təqdim edib. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə təqdim olunmuş render fotosunda smartfonun arxa paneli əks olunub və həmin foto sayəsində Honor 20-nin dizayn özəlliklərini görmək olar. Fotodan da görmək olar ki, smartfonun arxa panelində barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya smartfonun ekranına inteqrasiya ediləcək. Smartfonun ekranında çıxıntı hissənin olub-olmayacağı isə hələki bilinmir.

        Əsas texniki göstəricilərə gəldikdə isə məlumata əsasən Honor 20 smartfonu 2340x1080 piksel keyfiyyətli 6.1 düym OLED ekran, 8 nüvəli Kirin 980 prosessoru, Mali-G76MP10 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 20 MP (genişbucaqlı obyektiv) + 8 MP (teleobyektiv) üçlü arxa kamera, 32 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli 3650 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq.
        Smartfon EMUI 9 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Honor 20 smartfonunun güman edilən qiymətləri bu cür olacaq: 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 447$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 507$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 556$-a satılacaq. Honor 20 smartfonunun anonsu bu ay baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər