main-post-cover

    Honor 20 Pro flaqman smartfonunun fotoları internetə sızdırıldı

    Elm & Texnologiya
    15.05.2019
    Farid Pardashunas
        Android Central saytı səhvən hələ təqdim olunmamış Honor 20 Pro smartfon modeli barəsində icmalı paylaşıb. Təbii ki, həmin icmal tez bir zamanda silinib. Lakin buna baxmayaraq icmalda əks olunmuş fotolar internetə sürətlə yayılıb. Bu barədə Slashleaks saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə yayılmış fotolardan da görmək olar ki, Honor 20 Pro genişformatlı ekrana sahib olacaq və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə olacaq.

        Smartfon həmçinin kənar hissədən barmaq izi skanı texnologiyası, arxa paneldən isə 4 kamera modulu və LED işıqlandırma sistemi ilə təchiz olunacaq. Məlumata əsasən əsas kamera modulu 48 MP-lik (Sony IMX600 kamera modulu), ikinci kamera modulu geniformatlı sensor, üçüncü kamera modulu teleobyektiv, dördüncü kamera modulu isə 3D ToF (Time of Flight) olacaq.

        Smartfon həmçinin 2340x1080 piksel keyfiyyətli 6.26 düym AMOLED ekran, Kirin 980 prosessoru, USB-C girişi və sürətli enerji yığma texnologiyası ilə təchiz olunmalıdır. Honor 20 Pro EMUI 9.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Honor 20 Pro modeli adi Honor 20 ilə birlikdə 21 may tarixində Londonda təqdim olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər