main-post-cover

    Honor 20 Pro flaqman smartfonunun render fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    17.04.2019
    Emil Nəcəfov
        Slashleaks saytı Honor 20 Pro flaqman smartfonunun keyfiyyətli press-render fotosunu təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təqdim olunmuş fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun arxa panelində LED işıqlandırma sistemi, lazer avtofokusu və 4 ədəd kamera modulu var: Adi modul, genişformatlı modul, teleobyektiv və 3D ToF modulu.
        Smartfonun arxa panelində barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya birbaşa ekrana inteqrasiya ediləcək. Məlumata əsasən Honor 20 Pro smartfonu Full HD+ keyfiyyətli AMOLED ekrana (ekran üzərində damcı formalı çıxıntı hissəli) sahib olacaq.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfonun Kirin 980 prosessoru və 6/8 GB RAM ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə olaraq artıq məlumdur ki, smartfonun arxa kamerasının əsas modulu Sony IMX600 kamera modulu olacaq. Honor 20 Pro modeli adi Honor 20 ilə birlikdə 25 aprel tarixində Çində təqdim olunacaq. Smartfonların qlobal versiyalarının təqdimatı isə 21 may tarixində baş tutacaq.
    Linki kopyala