main-post-cover

    Honor 30 Pro flaqman smartfon modelinin rəsmi fotoları təqdim olundu

    Elm & Texnologiya
    08.04.2020
    Farid Pardashunas
        Huawei şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Honor, 15 aprel tarixində Honor 30 flaqman smartfon seriyasını təqdim edəcək. Rəsmi təqdimat tədbirini gözləməyərək Honor brendinin prezidenti Zhao Ming, Honor 30 seriyasının Pro modelinin fotolarını təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Təəssüflər olsun ki,təqdim edilmiş fotolarda smartfonun yalnız arxa paneli əks olunub.
        Beləliklə biz Honor 30 Pro-nun arxa panelində yerləşəcək kameraları incələyə bilərik. Təqdim edilmiş fotolardan da görmək olar ki, smartfon dördlü arxa kamera ilə təchiz olunacaq və həmin kameralar düzbucaq formasında olan xüsusi sahənin daxilində yerləşdiriləcək. Məlumata əsasən 4 kameradan ən əsası mobil cihaz bazarında ən böyük kamera sensoru olacaq. Söhbət, 50 MP-ik Sony IMX700 kamera sensorundan gedir.
        Bundan əlavə olaraq Honor 30 Pro modeli Full HD+ keyfiyyətli 6.57 düym OLED ekran, 8/12 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi, 32 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfon həmçinin 5G şəbəkə dəstəyinə də sahib olacaq. Qeyd etmək lazımdır ki, Honor 30 və Honor 30 Pro smartfonları ilə birlikdə həmçinin Huawei şirkətinin yeni prosessoru Kirin 985 də təqdim olunmalıdır. Çox güman ki, Honor 30 seriyası məhz bu prosessor ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər