main-post-cover

    Honor Earbuds X5 adlı yeni naqilsiz qulaqlıq təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    30.05.2023
    Emil Nəcəfov
        Honor şirkəti Honor 90 smartfon seriyası ilə yanaşı həmçinin Honor Earbuds X5 adlı yeni naqilsiz qulaqlığını da təqdim edib. Honor Earbuds X5 giriş seqmentinə aid edilən yeni naqilsiz qulaqlıqdır. Bu səbəbdən də onda ətraf səs-küyün aktiv boğulması funksiyası mövcud deyil. Lakin buna baxmayaraq qulaqlıqlarda sensorlu idarəetmə üsulu reallaşdırılıb. Hər bir qulaqlıq 13.4 düym ölçülü drayver ilə təchiz olunub. Ümumiyyətlə qulaqlıqlar xarici görünüşcə Apple AirPods-u xatırladırlar. Şirkətin verdiyi məlumata əsasən şarj keysi ilə birlikdə Honor Earbuds X5 27 saat ərzində çalışa bilir. Honor-un bu yeni naqilsiz qulaqlığı 7 iyun tarixində 40$ qiymətində satışa çıxacaq.
    Linki kopyala