main-post-cover

    Honor Earbuds X6 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    24.11.2023
    Emil Nəcəfov
         Honor şirkəti Honor 100 smartfon seriyası ilə birlikdə həmçinin Honor Earbuds X6 adlı yeni naqilsiz qulaqlığını da təqdim edib. Sözügedən yeni naqilsiz qulaqlıq təkmilləşdirilmiş akustikanı və uzun müddət ərzində çalışma imkanını əldə edib. Honor Earbuds X6 qulaqlıqları 10 mm-lik audio drayverlər ilə təchiz olunublar. Bununla yanaşı qulaqlıqlar Bluetooth 5.3 texnologiyasını və Hi-Fi keyfiyyətində səsi dəstəkləyirlər.
         Məlumatda qeyd edilib ki, qulaqlıqlar bir dəfə şarj olunduqdan sonra 9 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 40 saata yüksəlir. Sürətli şarj texnologiyasının dəstəyi hesabına qulaqlıqlar 10 dəqiqə şarj olunduqdan sonra 3 saat ərzində çalışa bilirlər. Qulaqlıqlarda IP54 standartı üzrə sudan qorunma özəlliyi və telefon danışıqları zamanı ətraf səs-küyün boğulması funksiyası reallaşdırılıb. Honor Earbuds X6 1 dekabr tarixində Çində satışa çıxacaq və 41$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor 100 və Honor 100 Pro təqdim edilib - QİYMƏTİ
    honor-100-ve-honor-100-pro-teqdim-edilib-qiymeti
    İnsayderlər Honor 90 GT-nin nə zaman təqdim olunacağını açıqlayıblar
    insayderler-honor-90-gt-nin-ne-zaman-teqdim-olunacagini-aciqlayiblar
    Honor 100 Pro-nun yeni real fotoları ortaya çıxıb
    honor-100-pro-nun-yeni-real-fotolari-ortaya-cixib
    Honor Magic 6 modellərindən biri əsl foto flaqman ola bilər
    honor-magic-6-modellerinden-biri-esl-foto-flaqman-ola-biler
    Honor 100 və Honor 100 Pro smartfonlarının render fotoları təqdim edilib
    honor-100-ve-honor-100-pro-smartfonlarinin-render-fotolari-teqdim-edilib