
Honor MagicPad 13 planşetinin hansı prosessor vasitəsilə çalışacağı məlum olub
Elm & Texnologiya
11.07.2023
Emil
Honor şirkəti artıq sabah MagicPad 13 adlı yeni planşetini təqdim edəcək. İndi isə sözügedən planşet barəsində bəzi məlumatlar Geekbench bençmarkının məlumatlar bazasında ortaya çıxıb. Beləliklə Geekbench-də olan məlumatlara əsasən Honor MagicPad 13 planşeti Snapdragon 888 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor 2020-ci ildə təqdim olunub. Bununla yanaşı planşet 8/16 GB RAM-a və Android 13 əməliyyat sisteminə sahib olacaq. Honor MagicPad 13 barəsində Geekbench-də digər bir məlumat yoxdur. Lakin artıq məlumdur ki, planşet 13 düym ekran ilə təchiz olunacaq. Çox güman ki, bu, 2.8K keyfiyyətində ekran olacaq. Bununla yanaşı planşetin stilus və klaviaturalı keys dəstəyini əldə edəcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər