Honor şirkəti Movie Glasses adlı eynəyini təqdim edib - QİYMƏTİ

Honor şirkəti Movie Glasses adlı eynəyini təqdim edib - QİYMƏTİ

Texnologiya
07.03.2023 PAYLAŞIM

    Honor şirkəti Çində Movie Glasses adlı eynəyini təqdim edib. Sözügedən eynək xarici görünüşcə adi eynəyə bənzəsə də, o, istifadəçinin öz gözləri qarşısında böyük ölçülü televizoru görməyə imkan verir. Beləliklə Honor Movie Glasses eynəyi hər biri 1920x1080 piksel keyfiyyətində olan 2 ədəd micro-OLED ekran ilə təchiz olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 500 nit təşkil edir. Bununla yanaşı onlar 60 Hz-lik təsvir yenilənməsinə sahibdirlər. Honor Movie Glasses-dən istifadə edən şəxs öz gözləri qarşısında 201 düym-lük ekrana sahib televizorun ekvivalentini görür. Qeyd etmək lazımdır ki, sözügedən eynək yalnız USB Type-C naqili vasitəsilə hər hansısa cihaza qoşulu olduğu halda çalışa bilir.


    Buna misal olaraq smartfonları, planşetləri və kompüterləri gətirmək olar. Faktiki olaraq Honor Movie Glasses qoşulu olduğu köməkçi cihazda əks olunan kontentin birbaşa eynəyin ekranlarına ötürülməsini təmin edir. Honor Movie Glasses həmçinin TÜV Rheinland sertifikatına sahibdir. Bu isə o deməkdir ki, o, istifadəçi gözləri üçün təhlükəsizdir. Eynəyin  kənar hissələrində səsgücləndiricilər yerləşdirilib. Həmin səsgücləndiricilər 360 dərəcəlik səslənmə effektini təmin edirlər. Onu da qeyd etmək lazımdır ki, Movie Glasses-i hətta telefon danşıqları zamanı da istifadə etmək olar. Bunun üçün eynək mikrofonlar ilə təchiz olunub. Hal hazırda Honor Movie Glasses yalnız Çin bazarında satışa çıxıb və 360$-a satılır. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×