Logo
    main-post-cover

    Honor Smart 5 adlı yeni premium televizor təqdim edilib - QİYMƏTİ

        Honor şirkəti Smart Screen 5 adlı yeni televizorunu təqdim edib. Bu yeni televizor premium seqmentə aid edilir və müvafiq funksiyaları təklif edir. Honor Smart Screen 5 iki versiyada təqdim edilib. Onlardan biri 65 düym, digəri isə 75 düym ekrana sahibdir. Hər iki halda ekran 144 Hz-lik təsvir yenilənməli 4K keyfiyyətindədir. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir və HDR10 standartını dəstəkləyir. Bununla yanaşı ekran özündə maksimal dərəcədə nazik çərçivələri birləşdirir.
        Həmin çərçivələr televizorun ön panelinin bütün sahəsinin yalnız 2%-ni əhatə edirlər. Honor Smart Screen 5 MediaTek MT9653 prosessoru, 3 GB RAM32 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Bununla yanaşı smart televizor özündə 50 MP-lik ultragenişbucaqlı kameranı birləşdirir. Sözügedən kamera video formatlı görüşlər və müxtəlif tətbiqlərdə çalışmaq üçün nəzərdə tutulub. Honor Smart Screen 5 televizoru 20 iyul tarixində Çində satışa çıxacaq. 65 düym ekranlı model 554$-a, 75 düym ekranlı model isə 729$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər