Honor smartfonlarda mobil şəbəkə siqnalını gücləndirəcək çipinin təqdimatını anons edib

Honor smartfonlarda mobil şəbəkə siqnalını gücləndirəcək çipinin təqdimatını anons edib

Texnologiya
03.03.2023 PAYLAŞIM

    Honor şirkəti öz yeni çipinin təqdimat tarixini anons edib. Söhbət, mobil şəbəkə keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş çipdən gedir. Honor həmçinin sözügedən çipin smartfon istifadəçilərinə nə kimi üstünlükləri təqdim edəcəyini açıqlayıb. Honor C1 adlı yeni çip radiomodem deyil. O sadəcə köməkçi təchizat rolunda çıxış edəcək. Sözügedən çip mobil şəbəkə siqnalının çox zəif olduğu yerlərdə həmin siqnalın daha yaxşı şəkildə qəbul edilməsinə yardımçı olacaq. Məsələn liftdə, şəhərdən kənar ərazilərdə, metroda və s. kimi yerlərdə bu çip mobil şəbəkə siqnalının smartfon vasitəsilə daha yaxşı şəkildə qəbul edilməsini təmin edəcək. Honor-un verdiyi məlumata əsasən C1 çipi optimizasiya edilmiş alqoritmə sahibdir. O, çipə zəif şəbəkə siqnallarını emal etməkdə yardımçı olur. Məlumatda qeyd edilib ki, C1 çipi tamamilə Honor tərəfindən hazırlanıb və artıq Magic 5 seriyasının smartfonlarına quraşdırılıb. Beləliklə Honor sözügedən çipi 6 mart tarixində Çində təqdim edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×